Sürətli çatdırılma- Rahat xidmət
ətraflı bax
Son Yenilənmə Tarixi: 19.10.2024

Hörmətli istifadəçi, bu veb saytdan istifadə edərkən və bu veb sayt vasitəsilə təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırki “Məxfilik siyasəti”ndə qeyd edilən qaydada tənzimlənir.

1. TOPLANAN MƏLUMATLAR

Şəxsi Məlumatlar:
Veb-saytımız üzərindən qeydiyyat prosesi zamanı, biz aşağıdakı şəxsi məlumatları əldə edə bilərik:

  • Ad, soyad
  • Telefon nömrəsi
  • Elektron poçt ünvanı
  • Faktiki ünvan
  • Kredit/debit kartı məlumatları və ya PayPal hesabı məlumatları

Avtomatik toplanan məlumatlar:

  • İP ünvanı
  • İstifadə etdiyiniz əməliyyat sistemi və brauzer növü
  • Sayt üzərindən keçdiyiniz səhifələr və istifadə müddəti

2. MƏLUMATLARIN İSTİFADƏSİ

Biz topladığımız məlumatları aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:

  • Sizinlə əlaqə saxlamaq və xidmətlərimizi yaxşılaşdırmaq
  • Müştəri dəstəyi təmin etmək və problemlərinizi həll etmək
  • Sifarişinizin idarə edilməsi və çatdırılma barədə sizi məlumatlandırmaq
  • Yeni xidmət və məhsullarımız haqqında sizi məlumatlandırmaq

3. TƏHLÜKƏSİZLİK

Biz sizdən topladığımız şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müasir texnoloji üsullardan istifadə edirik. Kredit/debit kartı və digər həssas məlumatlarınız Secure Socket Layer (SSL) texnologiyası vasitəsilə şifrələnir və heç bir halda üçüncü tərəflərlə paylaşılmır.

4. COOKIES (KUKİLƏR)

Biz saytımızda yalnız istifadəçi sessiyasını izləmək məqsədilə cookies istifadə edirik. Bu kukilər yalnız sayt üzərindən keçdiyiniz səhifələri izləmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunur. Cookies-ləri deaktiv etməyiniz halında bəzi funksiyalar işləməyə bilər.

5. ÜÇÜNCÜ TƏRƏFLƏR

Şəxsi məlumatlarınız yalnız qanunvericiliyə uyğun olaraq və üçüncü tərəf xidmət təminatçıları ilə, məsələn, ödəniş sistemləri ilə paylaşılacaq. Heç bir halda şəxsi məlumatlarınız satılmayacaq və ya izniniz olmadan digər şirkətlərə ötürülməyəcək.

6. FƏRDİ MƏLUMATLARIN QORUNMASI

Azərbaycan Respublikasının “Fərdi Məlumatlar Haqqında” Qanununa uyğun olaraq, sizin şəxsi məlumatlarınızın qorunması bizim prioritetimizdir. Toplanan məlumatlar yalnız sizin razılığınızla və qanuna uyğun olaraq işlənəcək.

7. ŞƏRTLƏRİN YENİLƏNMƏSİ

Bu məxfilik siyasəti zaman-zaman yenilənə bilər. Hər hansı bir dəyişiklik edildiyi zaman, dəyişikliklər dərhal bu səhifədə dərc ediləcəkdir. Saytımızdan istifadə etməyə davam etməyiniz dəyişiklikləri qəbul etdiyiniz mənasını verir.

8. İSTİFADƏÇİ HÜQUQLARI

Azərbaycan qanunvericiliyinə əsasən, istənilən istifadəçi öz şəxsi məlumatlarının toplanılması və işlənilməsi ilə bağlı etiraz etmək hüququna malikdir. Hər hansı bir etiraz halında, istifadəçi bizə yazılı şəkildə müraciət edə bilər.

Ana səhifə Mağaza Səbət 0 İstək siyahısı Hesab
Alış-veriş səbəti(0)

Səbətdə məhsul yoxdur Səbətdə məhsul yoxdur


Kateqoriyaya görə alış-veriş et Hamısına bax